SON DƏQİQƏ

Bakıda binanın eyvanı uçdu

Tarix:

4-12-2018, 09:27

/ 10 283 dəfə oxundu.
Bakıda binanın eyvanı uçdu

Bakıda yaşayış binasında mənzillərdən birinin eyvanı uçub.

Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Mayakovski küçəsi,  ev 15 ünvanında baş verib.

Sakinlərin verdiyi məlumata görə, 1938-ci ildə inşa edilən binanın eyvanı intensiv yağan yağışlar zamanı ağırlığa dözməyib və uçub. Evin içi də yararsız vəziyyətə düşüb. 

Hadisə zamanı xəsarət alan olmasa da, binanın altında saxlanılan maşına ziyan dəyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ