SON DƏQİQƏ

Bakıda dəhşətli qəza: dörd nəfər öldü

Tarix:

3-12-2018, 11:22

/ 10 480 dəfə oxundu.
Bakıda dəhşətli qəza: dörd nəfər öldü

Bakıda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az-ın məlumatına görə, hadisə dekabr ayının 2-si gecə saatlarında Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90-RR-974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi “KamAZ” markalı, 27-BM-301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğluQarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində, 1986-cı il təvəllüdlü Cəlilov Tərlan Zakir oğlu isə xəstəxanada dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin, 1989-cu il təvəllüdlü Qəribov Emin Qəribşah oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti stabildir.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ