SON DƏQİQƏ

Bakıda kabel oğrusu tutuldu

Tarix:

27-11-2018, 13:56

/ 10 280 dəfə oxundu.
Bakıda kabel oğrusu tutuldu

“Bakı Telefon Rabitəsi” MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb.

GunAz.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tariyel Vəliyev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.

Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. 

Faktla bağlı istintaq tədbirləri aparılır. (ölkə.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ