SON DƏQİQƏ
» » Dənizdə 2 balıqçı köməksiz vəziyyətdə qalıb

Dənizdə 2 balıqçı köməksiz vəziyyətdə qalıb

Tarix:

27-11-2018, 12:13

/ 10 361 dəfə oxundu.
Dənizdə 2 balıqçı köməksiz vəziyyətdə qalıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az -a verilən xəbərə əsasən, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər