SON DƏQİQƏ

AMEA-nın müxbir üzvü dünyasını dəyişdi

Tarix:

26-11-2018, 15:51

/ 10 411 dəfə oxundu.
AMEA-nın müxbir üzvü dünyasını dəyişdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Mübariz Əhmədov 73 yaşında vəfat edib.

GunAz.az xəbər verir ki, bu barədə Kult.az-a İnstitutun "Elmi informasiya və patent tədqiqatları" şöbə müdiri Esmira Abdullayeva məlumat verib. O bildirib ki, M.Əhmədov bu gün Biləcəridə dəfn olunub:

“M.Əhmədov şəkər xəstəsi idi. Artıq 2-3 ay idi ki, səhhətində problemlər yaranmışdı. Bu xəstəlik ucbatından ayağında yaralar əmələ gəlmişdi. Amma ölümə səbəb ürəyindəki problemlər oldu”.

Xatırladaq ki, Mübariz Əhmədov 1945-ci il noyabrın 4-də Qazax rayonunda doğulub. O, 360-dan çox elmi məqalənin müəllifi və 20 patentin sahibidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ