SON DƏQİQƏ
» » Bakıda qazdığı qəbirdə ölən şəxslə bağlı YENİ XƏBƏR

Bakıda qazdığı qəbirdə ölən şəxslə bağlı YENİ XƏBƏR

Tarix:

16-11-2018, 15:14

/ 10 312 dəfə oxundu.
Bakıda qazdığı qəbirdə ölən şəxslə bağlı YENİ XƏBƏR

Noyabrın 14-də Sabunçu rayonu ərazisində qəbiristanlıqda ölən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

GunAz.az Publika -ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən "Seyidlər" qəbiristanlığında qəbir qazarkən vəfat edən Rzayev Qənbər Mirsaqulu oğlunun ölüm səbəbi dəqiqləşib. İlkin araşdırmalardan sonra məlum olub ki, 56 yaşlı Q.Rzayev ürək çatışmazlığından vəfat edib.

Bildirilir ki, Q.Rzayev sifariş əsasında bir neçə qohumu ilə qəbir qazırmış. Bir qədər işlədikdən sonra o, özünü pis hiss edib və hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ