SON DƏQİQƏ

Axtarışda olan 19 nəfər saxlanıldı

Tarix:

15-11-2018, 12:07

/ 10 307 dəfə oxundu.
Axtarışda olan 19 nəfər  saxlanıldı

Noyabrın 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən GunAz.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəzalarda 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ