SON DƏQİQƏ
» » Avtomobildən oğurluq etmək istəyən iş başında yaxalandı

Avtomobildən oğurluq etmək istəyən iş başında yaxalandı

Tarix:

15-11-2018, 11:39

/ 10 330 dəfə oxundu.
Avtomobildən oğurluq etmək istəyən iş başında yaxalandı

Sumqayıt şəhərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən  saxlanılıblar.

Bu haqda GunAz.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən 2 nəfər ərazidə xidmət aparan Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib.

Saxlanılan şəxslərin törətdikləri digər analoji cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.

Belə ki, onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaları da müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ