SON DƏQİQƏ
» » İrlandiyada futbolçular və azarkeşlər hakimi döyərək çənəsini sındırıblar

İrlandiyada futbolçular və azarkeşlər hakimi döyərək çənəsini sındırıblar

Tarix:

13-11-2018, 08:39

/ 10 217 dəfə oxundu.
İrlandiyada futbolçular və azarkeşlər hakimi döyərək çənəsini sındırıblar

İrlandiyanın "Mallinqar Taun" klubunun üç futbolçusu komandanın azarkeşləri ilə birlikdə müttəfiq respublikaların Birlik Liqası çərçivəsində "Horslip"lə oyundan sonra hakim Daniel Svini döyüblər.

GunAz.az "Report"a istinadən bildirir ki, futbolçular və azarkeşlər oyundan sonra hakimi tutaraq, onun çənəsini sındırıblar, habelə digər ciddi xəsarətlər yetiriblər. "Biz hakimlərimizdən birinin vəhşicəsinə hücuma məruz qalmasından şoka düşdük. Onun çənəsi hər iki tərəfdən sınıb, üzünün yuxarı hissəsində də sınıq var. Gözünün altındakı sümük sınıb, eləcə də burnu zədələnib", - deyə İrlandiyanın Hakimlər Birliyinin prezidenti Pol О Brayen bildirib.

"Mallinqar Taun" komandasından hadisə ilə bağlı şərh verməkdən imtina ediblər. Komanda "Horslip" üzərində 3:1 hesablı qələbə qazanıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ