SON DƏQİQƏ

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Tarix:

10-11-2018, 19:42

/ 10 330 dəfə oxundu.
Gömrükçülər qanunsuz telefonlar aşkarladı

"Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətindən gizlədilən çoxlu sayda mobil telefon və aksesuarlar aşkar edilib.

DGK-dan GunAz.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana Vaz-21120 markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa buferinin içərisindən 1 ədəd "X-İnnova T210", 38 ədəd "Etel E3", 10 ədəd "Rivco X10", 6 ədəd "Kigtel A310" markalı mobil telefonlar və 53 ədəd yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər