SON DƏQİQƏ

Avtomobil oğurlayan keçmiş məhkumlar tutuldu

Tarix:

7-11-2018, 15:45

/ 10 338 dəfə oxundu.
Avtomobil oğurlayan keçmiş məhkumlar tutuldu

Noyabrın 5-də Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan GunAz.az -a verilən xəbərə görə, məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəlilərin E.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri - əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib. 

Görülən tədbirlərlə hər iki şəxs saxlanılıb və onlar törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ