SON DƏQİQƏ

Leysan cənub rayonlarında fəsadlar törətdi

Tarix:

7-11-2018, 10:24

/ 10 305 dəfə oxundu.
Leysan cənub rayonlarında fəsadlar törətdi

5-6 noyabr 2018-ci il tarixlərində gecə saatlarında respublikanın bəzi cənub rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ