SON DƏQİQƏ

Daha bir evdə yanğın - Ölən var

Tarix:

6-11-2018, 12:43

/ 10 280 dəfə oxundu.
Daha bir evdə yanğın - Ölən var

Bakıda yanmış evdən meyit tapılıb.

FHN-dən GunAz.az -a verilən məlumata görə, Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ