SON DƏQİQƏ
» » 120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı

120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı

Tarix:

20-10-2018, 11:00

/ 10 322 dəfə oxundu.
120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı

Zaqatala rayonu Yuxarı Tala kənd sakini Saleh Soltanov oktyabrın 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən 4 kisə fındığın oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan GunAz.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər həmkəndlisi  Əhməd Məmmədov və Aşağı  Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı qabaqcadan  əlbir olub, S. Soltanova məxsus evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla 120 kq fındığı oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ