SON DƏQİQƏ
» » Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi

Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi

Tarix:

18-10-2018, 18:31

/ 10 299 dəfə oxundu.
Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevə hökm oxunub.

GunAz.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizor pultu üstündə qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevlə mübahisə edib. Daha sonra qardaşlar əlbəyaxa olublar. Bu zaman mətbəxdən bıçaq götürən Əli qardaşını vuraraq evdən qaçıb.

M.Əliyev konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ