SON DƏQİQƏ
» » Fermada çobanlar arasında dəhşətli dava: 1 ölü, 1 yaralı

Fermada çobanlar arasında dəhşətli dava: 1 ölü, 1 yaralı

Tarix:

18-10-2018, 12:20

/ 10 346 dəfə oxundu.
Fermada çobanlar arasında dəhşətli dava: 1 ölü, 1 yaralı

Saatlı rayonunda silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, hadisə oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən Sərxan Mirzəyev xəsarəti digər çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində alıb.

Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə Aqşin Astanov İmişli rayonunun ərazisində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri ilə Aqşin Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb.

Belə ki, bu şəxsin Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.

Meyitin və cinayət törədilərkən istifadə edilmiş tüfəngin tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ