SON DƏQİQƏ
» » Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu

Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu

Tarix:

16-10-2018, 18:39

/ 10 301 dəfə oxundu.
Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu

Sentyabrın 16-da Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.

DİN-dən GunAz.az-a  verilən xəbərə görə, yanğın söndürülüb, xəsarət alan olmayıb. ​Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.

​Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

скачать dle 12.1

Şərhlər