SON DƏQİQƏ
» » Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib

Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib

Tarix:

12-10-2018, 20:44

/ 10 334 dəfə oxundu.
Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib

“MuddyWater” haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.

Trend-in məlumatına görə, bu barədə “Kasperski Laboratoriyası”nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir.

İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.

“MuddyWater” haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcə Səudiyyə Ərəbistanı ilə İranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq, Avropa ölkələri və ABŞ-ın dövlət strukturlarına yönəlib.

Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ