SON DƏQİQƏ
» » Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi

Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi

Tarix:

12-10-2018, 08:40

/ 10 320 dəfə oxundu.
Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi

Moskvadakı kafelərdən birində dava salan Rusiya millisinin və “Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayev iki ay müddətinə həbs olunub.

GunAz.az xəbər verir ki, hər iki futbolçu dekabrın 8-dək həbsdə qalacaq.

Qeyd edək ki, oktyabrın 8-də Kokorin və Mamayev iki davada iştirak ediblər. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Sonra isə onlar Moskvadakı kafelərdən birinə gediblər və orada Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakı və Avtomobil və Avtomotor Mərkəzi elmi tədqiqat institutunun direktoru Sergey Qaysinlə dalaşıblar.

Kokorin Paka stulla zərbə endirib. (Oxu.az)

 

 

скачать dle 12.1

Şərhlər