SON DƏQİQƏ
» » Bakıda bahalı avtomobil qəza törətdi - Ölən var

Bakıda bahalı avtomobil qəza törətdi - Ölən var

Tarix:

11-10-2018, 19:37

/ 10 412 dəfə oxundu.
Bakıda bahalı avtomobil qəza törətdi - Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi "Toyota Land Cruiser" markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ