SON DƏQİQƏ

İranda sel fəlakətində 8 nəfər ölüb

Tarix:

7-10-2018, 21:27

/ 10 333 dəfə oxundu.
İranda sel fəlakətində 8 nəfər ölüb

İranda 3 gündür yağan leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә 8 nəfər ölüb.

GunAz.az TRT-yə istinadən xəbər verir ki, daşqınlar daha çox ölkәnin şimalındakı Mazandaran, Gilan, Gülüstan, İsfahan, Yezd vә Şimali Xorosan  əyalətlərində fəsadlara səbəb olub.

Daşqınlar zamanı çox sayda yaşayış mәntәqәsi su altında qalıb. Nuşehr şәhәrindәki tarixi “Maşlek” körpüsü uçub.

Hazırda axtarış-xilasetmә әmәliyyatları davam etdirilir.

скачать dle 12.1

Şərhlər