SON DƏQİQƏ

Bakıda məhkuma telefon keçirmək istədi

Tarix:

5-10-2018, 20:55

/ 10 271 dəfə oxundu.
Bakıda məhkuma telefon keçirmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən GunAz.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən həbs edilmiş şəxs Əmirxanlı İlkin Natiq oğlunun yanına qısamüddətli görüşə gəlmiş atası Tərtər rayon sakini Hüseynov Natiq Əmirxan oğlunun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman əynindəki pencəyin cibindən daxilində danışıq kartı olan 1 ədəd “Jincen” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ