SON DƏQİQƏ
» » Binədəki qəza ilə bağlı cinayət işi açıldı – RƏSMİ

Binədəki qəza ilə bağlı cinayət işi açıldı – RƏSMİ

Tarix:

1-10-2018, 18:47

/ 10 305 dəfə oxundu.
Binədəki qəza ilə bağlı cinayət işi açıldı – RƏSMİ

Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.

GunAz.az xəbər verir ki, bu barədə Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Nəticədə 1 nəfər azyaşlı dünyasını dəyişib, 34 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

скачать dle 12.1

Şərhlər