SON DƏQİQƏ

Bakıda piyada vuruldu

Tarix:

26-09-2018, 21:43

/ 10 278 dəfə oxundu.
Bakıda piyada vuruldu

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

GunAz.az “Trend”ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20 radələrində paytaxtın "Aeroport yolu"nda baş verib.

Yolun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Hava Limanı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəza yerinə Dövlət Yol Polisi və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ