SON DƏQİQƏ
» » Vulkan püskürən ərazidə çatların dərinliyi 80 metrə çatdı + VİDEO

Vulkan püskürən ərazidə çatların dərinliyi 80 metrə çatdı + VİDEO

Tarix:

24-09-2018, 08:33

/ 10 505 dəfə oxundu.
Vulkan püskürən ərazidə çatların dərinliyi 80 metrə çatdı  + VİDEO

Qaradağda baş verən vulkan püskürməsi nəticəsində bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. 

GunAz.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə bağlı bildirib. 

Onun sözlərinə görə, ərazidə xeyli çatlar əmələ gəlib: 

“Bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. Çatların əmələ gəldiyi ərazi 5 hektarı əhatə edir”. 

Nazirlik rəsmisi qeyd edib ki, son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə olan məsafə 2 kilometrdir: 

“Heç bir təhlükə yoxdur”.

скачать dle 12.1

Şərhlər