SON DƏQİQƏ

Yurdumuza payız fəsli qədəm qoyub

Tarix:

23-09-2018, 08:05

/ 11 286 dəfə oxundu.
Yurdumuza payız fəsli qədəm qoyub

Bir neçə saat əvvəl Azərbaycana gecə ilə gündüz bərabərləşərək payız fəsli qədəm qoyub.

GunAz.az xəbər verir ki, sentyabrın 23-də yerli vaxtla saat 05:54-də gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də yerli vaxtla saat 05:22-də gələcək.

Xatırladaq ki, sinoptiklər payızın ilk günü üçün yağıntılı hava şəraiti proqnozlaşdırırlar. Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal edilir. Havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə enəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ