SON DƏQİQƏ
» » Ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub

Ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub

Tarix:

20-09-2018, 13:16

/ 10 345 dəfə oxundu.
Ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub

Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

DİN-dən GunAz.az -a verilən məlumata görə, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ