SON DƏQİQƏ
» » İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi-ŞOK SƏBƏB

İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi-ŞOK SƏBƏB

Tarix:

20-09-2018, 07:50

/ 10 646 dəfə oxundu.
İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi-ŞOK SƏBƏB

Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Etimad İsmayılov güllələnib.

GunAz.az Türkiyə mediasına istinadla xəbər verir ki, E.İsmayılova Floryadakı ofisində basqın edilib və başından 2, ürəyindən isə 1 güllə vurulub.

İş adamı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Gözəl Dəmirov adlı şəxsin yaxalanması üçün polis axtarışlara başlayıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas ismayılovun oğlu, tanınmış aparıcı Sevil Nuriyevanın əridir. Etimad İsmayılov uzun illər Rusiyada bizneslə məşğul olub və maliyyə məsələlərinə görə Çelyabinskdə həbsdə yatıb. 3 illik həbs həyatından sonra azadlığa çıxan E.İsmayılov bir müddət Azərbaycanda yaşamış, daha sonra İstanbula köçmüş və orada biznesini yaratmışdı.

E.İsmayılov azadlığa çıxandan sonra Sevil Nuriyeva ilə ailə həyatı qurmuşdu. 5 yaşında bir oğlu var.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

Onun da Türkiyədə iri biznesi var. Dəmirovun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu iddia edilir.

Ədalət Partiyasının sədri İlyas İsmayılov Türkiyədə qətlə yetirilən şəxsin oğlu Etimad İsmayılov olduğunu təsdiqləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ