SON DƏQİQƏ
» » Mərdəkanda partlamamış hərbi sursatlar tapıldı

Mərdəkanda partlamamış hərbi sursatlar tapıldı

Tarix:

19-09-2018, 20:42

/ 10 375 dəfə oxundu.
Mərdəkanda partlamamış hərbi sursatlar tapıldı

Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində partlamamış hərbi sursatlar tapılıb.

Bu barədə GunAz.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə Yesenin küçəsi 87 ünvanına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın tapıldığı yerin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

скачать dle 12.1

Şərhlər