SON DƏQİQƏ

QASIRĞAdan ölənlərin sayı 25-ə çatdı

Tarix:

16-09-2018, 10:18

/ 10 217 dəfə oxundu.
QASIRĞAdan ölənlərin sayı 25-ə çatdı

Filippində “Manqxut” qasırğası qurbanlarının sayı 25-ə çatıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

GunAz.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda insanlarının çoxunun Kordilyer bölgəsində torpaq sürüşməsi nəticəsində öldüyü bildirilir.

Qeyd edilir ki, Kaqayan əyalətində mindən çox yaşayış evi fəlakətə məruz qalıb, rabitə və elektrik verilişi ilə bağlı problemlər müşahidə olunur. Sahilyanı ərazilərdən təxliyə edilmiş 105 min nəfər müvəqqəti sığınacaqda yerləşib. Filippin atmosfer, geofizika və astronomiya xidməti idarəsi aramsız yağışların yeni torpaq sürüşməsinə və daşqınlara səbəb olacağı barədə xəbərdarlıq edib.

Hazırda “Manqxut” qasırğası Honqkonqa çatıb. Orada məktəblər, ofislər, ticarət yerləri bağlanıb. Limanda yükboşaltma işləri, gəmi və avtomobil nəqliyyatı dayandırılıb. Çek Lap Kok beynəlxalq aeroportunda yüzlərlə aviareys ləğv edilib. Honqkonq hökumət orqanlarının göstərişinə əsasən sahilyanı ərazidə iki balıqçı kəndinin təxminən 1000-dək əhalisi təxliyə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ