SON DƏQİQƏ
» » Bakıda vətəndaşlara ziyan vuran “zek” tutuldu

Bakıda vətəndaşlara ziyan vuran “zek” tutuldu

Tarix:

15-09-2018, 09:08

/ 10 246 dəfə oxundu.
Bakıda vətəndaşlara ziyan vuran “zek” tutuldu

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus 4 velosipedin oğurlanması barədə 19-cu polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqust ayında paytaxt sakini olan daha bir nəfərə məxsus velosipedi oğurlaması da müəyyən edilib.(Teleqraf.com)

скачать dle 12.1

Şərhlər