SON DƏQİQƏ
» » Gəncədə bir ailənin üzvləri yol qəzasına düşüb

Gəncədə bir ailənin üzvləri yol qəzasına düşüb

Tarix:

15-09-2018, 08:55

/ 10 246 dəfə oxundu.
Gəncədə bir ailənin üzvləri yol qəzasına düşüb

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində "VAZ-2106" markalı avtomobil hərəkətdə olan mikroavtobusa dəyib.

Nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb. Onun 1991-ci il təvəllüdlü sürücüsü Elzamin Baxışəliyev və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı xəsarət alıb. Hər üç şəxs xəstəxanaya aparılıb. Onlardan E.Baxışəliyevin vəziyyətinin qənaətbəxş, yoldaşı və övladının vəziyyətinin isə normal olduğu bildirilir.

İlkin məlumata görə, qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ