SON DƏQİQƏ
» » Həbsdən çıxan oğul ata və anasını baltaladı

Həbsdən çıxan oğul ata və anasını baltaladı

Tarix:

13-09-2018, 23:30

/ 10 266 dəfə oxundu.
Həbsdən çıxan oğul ata və anasını baltaladı

Daşkəsəndə oğul ata və anasını baltalayıb.

GunAz.az “Report”a istinadən xəbər verir ki, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıb.

Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F. Bağırov həbsxanadan yeni çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ