SON DƏQİQƏ
» » Sükan arxasında infarkt keçirən sürücü xəstəxanada öldü

Sükan arxasında infarkt keçirən sürücü xəstəxanada öldü

Tarix:

13-09-2018, 21:09

/ 10 318 dəfə oxundu.
Sükan arxasında infarkt keçirən sürücü xəstəxanada öldü

Bakıda sürücünün sükan arxasında infarkt keçirməsi qəzaya səbəb olub.

GunAz.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

1970-ci il təvəllüdlü Behbudov Behbud Meyxoş oğlu Nizami rayonu, O. Vəliyev küçəsi 12 ünvanının qarşısında 90 CL 560 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili idarə edərkən qəfil ürək tutmasından idarəetməni itirib və 99-DT-422 dövlət nömrə nişanlı "Opel" markalı avtomaşınla toqquşub.

Sürücü B.Behbudov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

B.Behbudov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ