SON DƏQİQƏ

Ermənistan Azərbaycana MÜHARİBƏ ELAN ETDİ

Tarix:

13-09-2018, 16:43

/ 10 288 dəfə oxundu.
Ermənistan Azərbaycana MÜHARİBƏ ELAN ETDİ

Ermənistan parlamenti “Şant-2018” hərbi təlimləri çərçivəsində şərti olaraq Azərbaycana müharibə elan etmək qərarı verib.

GunAz.az  publika.az -a istinadən xəbər verir ki, parlament hökumətin təklifi əsasında konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və 105-ci maddəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycana qarşı müharibə elan etməklə bağlı qərar qəbul edib.


Ermənistan parlamenti sentyabrın 12-də qəbul etdiyi “müharibə elan etmək təklifinin təsdiq edilməsi haqqında” qərarında da Azərbaycana qarşı müharibə məsələsi yer alıb.

Ermənistanın bütün ərazisini əhatə edən “Şant-2018” sentyabrın 11-də başlayıb, 14 sentyabra qədər davam edəcək.

Erməni dilində “İldırım” olan “Şant-2018” təlimi baş nazir Nikol Paşinyanın rəhbərliyi altında keçirilir.

Paşinyan iddia edib ki, bu təlimlər Ermənistan üçün “aprel müharibəsi”nin təkrarlanmasına imkan verməyəcək.

Təlim çərçivəsində Ermənistanın bütün ərazilərində şərti olaraq fövqəladə hal elan olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ