SON DƏQİQƏ
» » Abşeronda DƏHŞƏT: Məktəblini cərəyan vurub öldürdü, atası xəstəxananın həyətində basdırdı - FOTO

Abşeronda DƏHŞƏT: Məktəblini cərəyan vurub öldürdü, atası xəstəxananın həyətində basdırdı - FOTO

Tarix:

6-09-2018, 22:06

/ 10 361 dəfə oxundu.
Abşeronda DƏHŞƏT: Məktəblini cərəyan vurub öldürdü, atası xəstəxananın həyətində basdırdı - FOTO

Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Lakin ata ovladının ölümünə inanmayaraq onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafisə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb.

Qeyd edək ki, A.Məmmədov Abşeron rayon Saray qəsəbə A.Müzəffərov adına 2 sayli tam orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

 

Abşeronda DƏHŞƏT: Məktəblini cərəyan vurub öldürdü, atası xəstəxananın həyətində basdırdı - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ