SON DƏQİQƏ

Kürdəmirdə ağır qəza

Tarix:

2-09-2018, 20:58

/ 10 308 dəfə oxundu.
Kürdəmirdə ağır qəza

Kürdəmir rayonunda yol qəzası baş verib.

GunAz.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Hyundai" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücüsü, Mürtülü kənd sakini, 1985-ci il təvəllüdlü Qədirov Səfalı Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan S.Qədirov Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ