SON DƏQİQƏ
» » FHN-nin əməkdaşları Sumqayıtda qəzaya düşdü - Yaralananlar var

FHN-nin əməkdaşları Sumqayıtda qəzaya düşdü - Yaralananlar var

Tarix:

2-09-2018, 19:51

/ 10 245 dəfə oxundu.
FHN-nin əməkdaşları Sumqayıtda qəzaya düşdü - Yaralananlar var

Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

GunAz.az-ın "Report"a istinadən məlumatına görə, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1-i qadın, 3-ü kişi olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar - 1952-ci il təvəllüdlü Zahidova Reyhan Eldar qızı, 1990-cı il təvəllüdlü Yusufov Cavid Yusif oğlu, 1984-cü il təvəllüdlü Yaqubov Bağı Eldar oğlu, 1970-ci il təvəllüdlü Hacıyev İldırım Alişan oğludur. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, xəsarət alanlardan 3-ü Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ