SON DƏQİQƏ
» » Almaniyada azərbaycanlı tələbələrə hücum edildi

Almaniyada azərbaycanlı tələbələrə hücum edildi

Tarix:

2-09-2018, 18:58

/ 10 298 dəfə oxundu.
Almaniyada azərbaycanlı tələbələrə hücum edildi

Almaniyada təhsil alan üç azərbaycanlı tələbə Meklenburq-Ön Pomeraniya əyalətinin Rostok şəhərində küçədə hücuma məruz qalıb.

Virtualaz.org bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, hadisə sentyabrın 1-də baş verib, polis isə bu barədə sentyabrın 2-də məlumat yayıb.

Belə ki, şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi-ər və arvad yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

Rostok polisi araşdırmaya başlayıb və insidentin şahidlərini axtarır.

Digər bir məlumata görə, tələbələrdən biri baş verənləri əvvəldən axıradək lentə ala bilib və onu polisə təqdim edib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ