SON DƏQİQƏ
» » Silah anbarında PARTLAYIŞ: 36 ölü, 40-dan çox yaralı

Silah anbarında PARTLAYIŞ: 36 ölü, 40-dan çox yaralı

Tarix:

13-08-2018, 08:48

/ 10 255 dəfə oxundu.
Silah anbarında PARTLAYIŞ: 36 ölü, 40-dan çox yaralı

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Samard kəndində silahlı anbarda partlayış baş verib.

GunAz.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Suriya müxalifətindəki mənbə bildirib.

Hadisə nəticəsində ən azı 36 nəfər həlak olub, 40-dan çoxu yaralanıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, anbar yaşayış binasının alt mərtəbəsində yerləşirdi və partlayış binanın tam dağılmasına gətirib çıxarıb.

Mənbə qeyd edib ki, anbar Abu Yazin al-Xoms adlı tacirə məxsus olub. O əlavə edib ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ