SON DƏQİQƏ
» » Yol polisi sükan arxasında halı pisləşən sürücünü belə xilas etdi – VİDEO

Yol polisi sükan arxasında halı pisləşən sürücünü belə xilas etdi – VİDEO

Tarix:

12-08-2018, 20:39

/ 10 485 dəfə oxundu.
Yol polisi sükan arxasında halı pisləşən sürücünü belə xilas etdi – VİDEO

Bu gün Qarabağ rayonu ərazisində yerləşən YPX postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub.

GunAz.az Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib. Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. Dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib. Sürücünün ağır xəstəliyi olduğu üçün ona müxtəlif dərmanlar verilib.

Daha sonra həkimlər bildiriblər ki, xəstəyə təcili qida lazımdır. Bundan sonra postun əməkdaşları onu YPX postuna dəvət edib, ona yemək və su verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ