SON DƏQİQƏ

Abşeronda qəza - Ölən var

Tarix:

8-08-2018, 14:34

/ 10 280 dəfə oxundu.
Abşeronda qəza - Ölən var

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən GunAz.az -a verilən məlumata görə, avqustun 7-də saat 14 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi "VAZ-21150” və Emin Həsənovun idarə etdiyi "Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdiriliblər, Z.Məhərrəmova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ