SON DƏQİQƏ
» » Ticarət mərkəzlərindən birində oğurluq edilib

Ticarət mərkəzlərindən birində oğurluq edilib

Tarix:

7-08-2018, 12:44

/ 10 253 dəfə oxundu.
Ticarət mərkəzlərindən birində oğurluq edilib

Bakının Yasamal rayonu ərazisindəki ticarət mərkəzlərindən birinin geyim otağından pul və mobil telefon oğurlayan şəxslər saxlanılıblar.

GunAz.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 5-də Yasamal rayonu ərazisindəki ticarət mərkəzlərindən birinin geyim otağından Bakı şəhər sakini Cavid Mahmudova məxsus 500 manat pul və mobil telefon oğurlanıb.

Əlahiddə Çevik Polis Alayının və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunan Sadiq Yusifov və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Qurbanzadə saxlanılıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ