SON DƏQİQƏ

Yəmən bombalandı - 26 ölü var

Tarix:

2-08-2018, 22:39

/ 10 221 dəfə oxundu.
Yəmən bombalandı - 26 ölü var

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənə hücumları davam edir.

GunAz.az CNN Türk-ə istinadən xəbər verir ki, bu gün Hudeydə şəhərinə təşkil edilən hava hücumu nəticəsində 26 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Məlumata görə, bombalar balıq bazarı və limana atılıb. Hücumlardan sonra limana ciddi ziyan dəyib.

Qeyd edək ki, həmin liman hazırda blokada şəraitində olan Hudeydə şəhərinə ərzaq və tibbi ləvazimatlar gətirilməsi üçün əsas nəqliyyat yoludur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ