SON DƏQİQƏ

Azərbaycanlı jurnalist Afrikada öldürüldü

Tarix:

31-07-2018, 20:47

/ 10 564 dəfə oxundu.
Azərbaycanlı jurnalist Afrikada öldürüldü

Azərbaycan əsilli məşhur ilahiyyatçı-filosof, yazıçı və politoloq, mərhum Heydər Camalın oğlu, müstəqil jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında qətlə yetirilib.

GunAz.az xəbər verir ki, məlumatı Rusiyanın “Dojd” telekanalı yayıb. Qeyd olunur ki, Mərkəzi Afrika Respublikasında film çəkən Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev naməlum şəraitdə öldürülüblər.

Qeyd edək ki, 51 yaşlı Orxan Camal 2003-cü ildə Rusiya Müsəlman Jurnalistləri İttifaqının təşkilatçılarlndan biri olub. Elə həmin il “Travel”(səyahət) jurnalistikası sahəsindəki fəaliyyətinə görə, dünyanın ən yaxşı media nümayəndəsi adına layiq görülüb. O, dəfələrlə qaynar nöqtələrdə olub. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı “5 günlük müharibənin xronikası” adlı kitab yazıb. 2011-ci ilin avqustunda Liviyada ayağından ciddi yara alıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ