SON DƏQİQƏ

İki nəfər dənizdə batdı, biri xilas edildi

Tarix:

29-07-2018, 18:34

/ 10 308 dəfə oxundu.
İki nəfər dənizdə batdı, biri xilas edildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
GunAz.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1 nəfəri xilas edib və 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ