SON DƏQİQƏ

Altıağac Milli parkı yanır - YENİLƏNİB

Tarix:

28-07-2018, 17:09

/ 10 307 dəfə oxundu.
Altıağac Milli parkı yanır - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində baş verən yanğınla bağlı məlumat yayıb.

GunAz.az-ın FHN-in saytına istinadla verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

16.34

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş verən yanğın barədə məlumat yayıb.

ETSN-in mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək  sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri  cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ