SON DƏQİQƏ
» » Terror aktı nəticəsində ölənlərin sayı 114-ə çatdı

Terror aktı nəticəsində ölənlərin sayı 114-ə çatdı

Tarix:

25-07-2018, 21:33

/ 10 216 dəfə oxundu.
Terror aktı nəticəsində ölənlərin sayı 114-ə çatdı

Suriyanın Es-Suveyda şəhərində terror aktının qurbanlarının sayı 144 nəfərə qədər artıb.

GunAz.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə yerli hospitaldakı mənbə bildirib.

“Biz qurbanların son sayını açıqlaya bilmirik. Hazırda 144 ölü və 178 yaralı qeydə alınıb”, -xəstəxananın əməkdaşı deyib.

Daha əvvəl 100 nəfərin həlak olduğu, 176-nın yaralandığı bildirilirdi.

Qeyd edək ki, bu gün səhər bir neçə kamikadze Es-Suveyda şəhərində terror aktı təşkil edib. Onlardan biri şəhərin tərəvəz bazarında partlayıcı qurğunu işə salıb. Daha birini yerli sakin tutub, ancaq döyüşçü özünü partlada bilib.

Həmçinin İŞİD terror qruplaşmasının dəstələri eyni adlı əyalətin şərqində bir neçə kəndə hücum edib, ancaq hücum ordu qüvvələri və yerli sakinlər tərəfindən dəf edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ