SON DƏQİQƏ
» » Cəlilabadda taxılla dolu “Qazel” aşdı, sürücü öldü

Cəlilabadda taxılla dolu “Qazel” aşdı, sürücü öldü

Tarix:

15-07-2018, 21:42

/ 10 265 dəfə oxundu.
Cəlilabadda taxılla dolu “Qazel” aşdı, sürücü öldü

Cəlilabad rayonunda “Qazel” markalı yük avtomobili aşıb, 1 nəfər ölüb.

GunAz.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu “Qazel” markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Nəticədə “Qazel”in sürücüsü rayon sakini, 1965-ci il təvəllüdlü Nuriyev Məhəmməd Bayram oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ