SON DƏQİQƏ
» » Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi - FOTO

Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi - FOTO

Tarix:

15-07-2018, 13:25

/ 10 350 dəfə oxundu.
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi - FOTO

İyulun 10-da Gəncə şəhərində baş verən cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib. Onların arasında axtarışda olan İbrahimov Samir Ramiz oğlu da var.

Bu barədə GunAz.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bununla da Gəncə hadisələrinə görə həbs edilənlərin sayı 22 nəfərə çatıb.

Qeyd edək ki, daha 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, məlumata görə, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfərin barəsində axtarış elan edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ